...

Naxçıvan sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər

Hadisə Materials 7 Yanvar 2012 14:35 (UTC +04:00)
Naxçıvan sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.
Naxçıvan sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Naxçıvan sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şərur rayon sakini Əli Mehdiyev tapdığı 3 ədəd avtomatı, 2 ədəd "Naqan" tipli tapançanı, 5 ədəd qumbaranı, 5 ədəd qaz tapançasını, 3 ədəd ov tüfəngini, 1 ədəd pnevmatik tüfəngi, 12 ədəd patron darağını və 1571 ədəd müxtəlif çaplı patronları könüllü olaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Narkotiklərlə mübarizə şöbəsinə təhvil verib.

Şərur rayonunun Gümüşlü kənd sakini İntiqam Məmmədov tapdığı 1 ədəd avtomat silahını, 76 ədəd avtomat patronunu və 4 ədəd patron darağını könüllü olaraq Şərur Rayon Polis Şöbəsinə təhvil verib.

Xəbər lenti

Xəbər lenti