Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda ötən il 2890 yol qəzası qeydə alınıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, ilkin məlumatlara görə, 2011-ci ildə respublikada qeydə alınan qəzalarda 1016 nəfər dünyasını dəyişib, 3031 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qəzaların 1175-i Bakıda qeydə alınıb. Paytaxtda baş verən yol qəzalarında 371 nəfər ölüb, 1166 nəfər yaralanıb.
Respublikada qeydə alınan qəzaların təxminən yarısı avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Qeyd edək ki, 2010-cu ildə Respublika ərazisində 2721 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 925 nəfər həlak olub. Baş verən yol qəzalarında 2871 nəfər yaralanıb.