...

Baş Prokurorluq 6 ildən sonra açılan cinayətlə bağlı məlumat yayıb

Hadisə Materials 12 Yanvar 2012 17:32 (UTC +04:00)
Baş Prokurorluq 6 ildən sonra açılan cinayətlə bağlı məlumat yayıb.
Baş Prokurorluq 6 ildən sonra açılan cinayətlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq 6 ildən sonra açılan cinayətlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, 16 aprel 2006-cı ildə Gəncə şəhəri, 1-ci mikrorayon yaxınlığındakı bağ sahəsində 1983-cü il təvəllüdlü, Gəncə şəhər sakini Rüstəmova Gülgəz Məhərrəm qızının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Həmin il Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən işin icraatı dayandırılmışdı.

9 yanvar 2012-ci il tarixdə Məlikova Kəmalə Məhəmməd qızı polis orqanlarına müraciət edərək, Gülgəz Rüstəmovanın əri Məlikov Ceyhun İlyas oğlu tərəfindən öldürülməsini bildirib.

Bundan sonra cinayət işinin icraatı təzələnib.

Aparılan istintaqla müəyyən edilib ki, 16 aprel 2006-cı il tarixdə saat 21:00 radələrində Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Ceyhun Məlikov yuxarıda qeyd edilən ünvanda tanışı Gülgəz Rüstəmova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rüstəmovanı bağdan götürdüyü bellə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirməklə onu qəsdən öldürüb.

Bu il yanvarın 10-da Gəncə şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ceyhun Məlikov tutularaq istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti