Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir K.Zərbalıyeva/
Bakıda xəstəxananın həyətində qumbara tapılıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda xəstəxananın ərazisində təmir-tikinti işləri aparılan zaman partlamamış döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin edib və aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursata baxış keçiriblər.
Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd əl qumbarasıdır.
Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Bakıda xəstəxananın həyətində qumbara tapılıb
Bakıda xəstəxananın həyətində qumbara tapılıb.
