...

Həlak olmuş dənizçinin meyitinin Azərbaycana verilməsi məsələsi həll edilir

Hadisə Materials 17 Yanvar 2012 11:22 (UTC +04:00)
Azərbaycanın iqamətgahı Yunanıstanda yerləşən Albaniyadakı səfirliyi zəruri tədbirlərin görülməsi üçün batmış Türkiyə gəmisindəki azərbaycanlı dənizçilərin taleyi ilə bağlı məsələni nəzarətdə saxlayır.
Həlak olmuş dənizçinin meyitinin Azərbaycana verilməsi məsələsi həll edilir

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir S.Ağayeva /

Azərbaycanın iqamətgahı Yunanıstanda yerləşən Albaniyadakı səfirliyi zəruri tədbirlərin görülməsi üçün batmış Türkiyə gəmisindəki azərbaycanlı dənizçilərin taleyi ilə bağlı məsələni nəzarətdə saxlayır. Bu barədə çərşənbə axşamı Trend-ə XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Abdullayev bildirib ki, səfirlik XİN-in tapşırığına əsasən, sahillərində Türkiyənin "Ədirnə" tankerinin batdığı Albaniyanın Dəniz Mühafizəsi Xidməti və yerli hakimiyyəti ilə sıx əlaqə saxlayır.

Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.

Partlayış nəticəsində ölən tankerin kapitanı - Azərbaycan vətəndaşı Xəyyam Məmmədovun (1958-ci il təvəllüdlü) cəsədinin verilməsi məsələsi gün ərzində həll olunacaq.

Onun cəsədi artıq tanınıb. Bu barədə Trend-ə gəminin məxsus olduğu "Saygi Denizcilik ve Elektrik" şirkətindən məlumat verilib.

Albaniya sahillərində batan Türkiyənin "Ədirnə" gəmisinin itkin düşmüş ekipaj üzvlərindən ikisinin meyiti şəxsiyyətin müəyyənləşdirilməsi üçün göndərilib.

İki Gürcüstan vətəndaşının - Melkaz Lazişvilinin (bosman) və Beki Uruşadzenin (matros) cəsədləri də tanınıb.

İlkin məlumatlara görə, partlayışa səbəb yanacağın yüklənməsindən sonra gəminin tanklarında zərərsizləşdirmənin aparılmaması olub.

Batmış gəminin ekipajının 15 üzvündən dördü Azərbaycan vətəndaşı, altısı Gürcüstan vətəndaşı, üçü Türkiyə və ikisi Ukrayna vətəndaşı olub.

"Ədirnə" tankeri IMO 7704291, yük tutumu 4112 ton, 1980-ci il istehsalı, Syerra Leone bayrağı, operator SAYGI DENIZCILIK VE ELEKTRIK.

Xəbər lenti

Xəbər lenti