...

Azərbaycanlı teleaparıcının həyat yoldaşı ikinci dəfə bıçaqlanıb

Hadisə Materials 23 Yanvar 2012 09:01 (UTC +04:00)
“Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı ikinci dəfə bıçaqlanıb.
Azərbaycanlı teleaparıcının həyat yoldaşı ikinci dəfə bıçaqlanıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

"Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı ikinci dəfə bıçaqlanıb.

Kliniki Tibbi Mərkəzdən Trend-ə bildirilib ki, meyxanaçı Tərlan Mustafayev (Dağlı) ötən gecə qarın nahiyəsindən bıçaqlanıb və xəstəxanaya gətirilib.

O, reanimasiya şöbəsinə yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsindən Mustafayevin bıçaqlandığını təsdiqləyiblər.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Xatırladaq ki, Mustafayev iki həftə öncə də bıçaqlanmışdı.Bu hadisənin də kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti