...

Bakı şəhər sakini su quyusunda boğulub

Hadisə Materials 6 Fevral 2012 13:31 (UTC +04:00)
Bakı şəhər sakini sərxoş halda su quyusuna yıxılıb.
Bakı şəhər sakini su quyusunda boğulub

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakı şəhər sakini sərxoş halda su quyusuna yıxılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də itkin düşmüş Suraxanı rayonunda yaşayan Mahmud Qılıncovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti evinin həyətindəki su quyusunda tapılıb.

Onun sərxoş halda quyudan su götürmək istəyərkən yıxılaraq boğulduğu ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti