...

Bakıda "yol müharibəsi" (VİDEO)

Hadisə Materials 10 Fevral 2012 14:11 (UTC +04:00)
Bakıda törədilən ağır yol qəzalarının baş verməsi onu göstəriri ki, sürücülər avtomobili yüksək sürətlə idarə edirlər
Bakıda "yol müharibəsi" (VİDEO)

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda törədilən ağır yol qəzalarının baş verməsi onu göstəriri ki, sürücülər avtomobili yüksək sürətlə idarə edirlər, işıqforu qırmızı işığında keçirlər. Bunu cümə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, ötən il respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1016 nəfər həlak olub, 3031 nəfər isə yaralanıb. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 6,2 faiz (169 fakt), həlak olanların sayı 9,8 faiz (91 nəfər), yaralananların sayı isə 5,6 faiz (160 nəfər) artıb.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti