Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda yaşayış evində yanğın olub, bir nəfər ölüb.
Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 10-da saat 07:50 radələrində Nəsimi rayonunda yaşayan Sevil Məmmədbəyovaya məxsus evdə yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Məmmədbəyova isə dəm qazından zəhərlənərək ölüb.