...

AMEA-nın elmi işçisinin qeydiyyatdan keçməyən dini icma yaratması müəyyən edilib

Hadisə Materials 15 Fevral 2012 12:07 (UTC +04:00)
AMEA-nın elmi işçisinin qeydiyyatdan keçməyən dini icma yaratması müəyyən edilib.
AMEA-nın elmi işçisinin qeydiyyatdan keçməyən dini icma yaratması müəyyən edilib

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir K.Zərbalıyeva/

AMEA-nın elmi işçisinin qeydiyyatdan keçməyən dini icma yaratması müəyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 13-də Sumqayıt şəhər sakini Fazil Allahverdiyevə məxsus mebel sexində onun və Elmlər Akademiyasının elmi işçisi, Bakı şəhər sakini Əlimədət Kazımovun rəsmi qeydiyyatdan keçmədən 10 nəfərlə dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Onlar Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə gətiriliblər.

Onlardan 10 nəfərinə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmış, Allahverdiyev, Kazımov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 299-cu (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə sənədləşdirmə aparılıb və tədbir görülməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
.

Xəbər lenti

Xəbər lenti