Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda dünən axşam qeydə alınan yol qəzası ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsi rəsmi məlumat yayıb.
İdarədən Trend-ə daxil olan məlumata görə, Bakıda axşam saatlarında Qara Qarayev metrostansiyasının yaxınlığında 12 saylı marşrut üzrə hərəkət edən "Mercedes" markalı avtobusun minik avtomobili ilə toqquşması nəticəsində sərnişin avtobusu aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə Trend-ə bildirib ki, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılardan 3-ü xəstəxanaya aparılıb.
Hadisə zamanı dünyasını dəyişən avtobusda olan sərnişin 1972-ci il təvəllüdlü Ağayeva İncilə Ələkbər qızıdır.