...

Ağdam rayon sakini qohumuna ov tüfəngi ilə atəş açıb

Hadisə Materials 21 Fevral 2012 09:51 (UTC +04:00)
Ağdam rayon sakini xalasının ərinə odlu silahla atəş açıb.
Ağdam rayon sakini qohumuna ov tüfəngi ilə atəş açıb

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ağdam rayon sakini xalasının ərinə odlu silahla atəş açıb.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Ağdamın Mirəşəlli kənd sakini Kamil Məmmədov əmisinin həyətində mübahisə zəminində özündə gəzdirdiyi ov tüfəngi ilə xalasının əri Sərhad Abbasova atəş açaraq onu öldürmək istəyib.

Abbasov ağır xəsarət alıb və xəstəxanaya yerləşdirlib.

Hadisəni törədən Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti