...

Qubada etiraz aksiyası keçirilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Mart 2012 14:55 (UTC +04:00)
Bu gün Qubada rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirilir.
Qubada etiraz aksiyası keçirilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 14:07-də yayılıb)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bu gün Qubada rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, icazəsiz mitinq keçirənlər icra başçısı Rauf Həbibovun bu günlərdə etdiyi çıxışına etiraz olaraq istefasını tələb ediblər.

Aksiya icazəsiz olduğundan, hadisə yerinə polis qüvvələri cəlb edilib.

Məlumata görə, aksiya iştirakçıları bəzi binalara zərər vurub.

Trend-in bölgə müxbirinin məlumatına görə, hadisə yerinə gələn nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov aksiya iştirakçıları qarşısında çıxış ediblər.

Məmmədov aksiyaçıları sakit olmağa çağırıb və qaldırılan problemlərə diqqətlə yanaşılacağını deyib.

Xəbər lenti

Xəbər lenti