...

Bakıda çayxanalarda və klubda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən olunub

Hadisə Materials 2 Mart 2012 13:07 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirıiyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində İsmayıl Səfiyevə, Azər Məmmədova, İlqar Camalova məxsus çayxanalarda və Ramil Qurbanova məxsus "Barselona" klubunda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilib.
Bakıda çayxanalarda və klubda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən olunub

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda çayxanalarda və klubda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən olunub.

Trend-in Daxili İşlər Nazirıiyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində İsmayıl Səfiyevə, Azər Məmmədova, İlqar Camalova məxsus çayxanalarda və Ramil Qurbanova məxsus "Barselona" klubunda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilib.

Obyekt sahibləri saxlanılmış, istifadə etdikləri kompyuter dəstləri, fakslar və çekçıxaran aparatlar, müxtəlif ödəniş sənədləri, oyunlarda istifadə olunan pul vəsaitləri aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti