Azərbaycan, Bakı, 3 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakıda dünən post-patrul xidmətinə məsxsus avtomobil qəzaya düşüb, 3 polis əməkdaşı xəsarət alıb.
Nizami rayon prokuroluğundan Trend-ə verilən məlumata görə, dünən axşam Qara Qarayev prospekti 1 ünvanında 90 AF 481 nömrə nişanlı "Fiat Dablo"markalı avtomobil idarə etməni itirib və maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan polis kapitanı, Firdovsi Məmmədov və iki serjant - Mehdiyev Nəsib Əşrəf oğlu və Xəlilov Qoşqar Allahverdi oğlu ağır xəsarətlər alıblar.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb.
Bakıda polislər avtomobil qəzasına düşüb, xəsarət alanlar var
Nizami rayon prokuroluğundan Trend-ə verilən məlumata görə, dünən axşam Qara Qarayev prospekti 1 ünvanında 90 AF 481 nömrə nişanlı “Fiat Dablo”markalı avtomobil idarə etməni itirib və maneəyə çırpılıb.
