...

Balakəndə meşə materialından tikilmiş evdə yanğın baş verib

Hadisə Materials 20 Mart 2012 13:19 (UTC +04:00)
Balakən rayonunun "Təzəkənd" adlandırılan ərazisində meşə materialından tikilmiş evdə yanğın baş verib.
Balakəndə meşə materialından tikilmiş evdə yanğın baş verib

Azərbaycan, Bakı, 20 mart /Trend/

Balakən rayonunun "Təzəkənd" adlandırılan ərazisində meşə materialından tikilmiş evdə yanğın baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 20-də saat 02:10 radələrində Balakən rayonunun "Təzəkənd" adlandırılan ərazisində ümumi sahəsi 18 kvadratmetr olan meşə materialından tikilmiş, qaraçı milliyətindən olan Kanoy Abdullayevə məxsus evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış Abdullayev xəstəxaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti