Azərbaycan, Bakı, 27 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakıda tikintidə işləyən Türkiyə vətəndaşı iş başında ölüb.
Səbail rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bayıl qəsəbəsi, Aqil Quliyev küçəsi yaxınlığında aparılan yol-tikinti işləri zamanı 56 yaşlı Türkiyə vətəndaşı Vəli Tatar qəfildən yıxılıb və dünyasını dəyişib.
Onun ölümünün səbəbləri hələlik məlum deyil. Ölümün səbəblərini müəyyənləşdirmək üçün məhkəmə tibb ekspertizası təyin olunub.
Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Bakıda tikintidə işləyən Türkiyə vətəndaşı iş başında ölüb
Bakıda tikintidə işləyən Türkiyə vətəndaşı iş başında ölüb.
