Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/
Beyləqanda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 27-də saat 11.30 radələrində Beyləqan rayonu ərazisində rayon sakini Varis Bayramovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınla Şəfəq qəsəbə sakini Eyvaz Cabbarovun idarə etdiyi "İJ" markalı motosikilet toqquşub.
Nəticədə motosikletin sürücüsü Cabbarov hadisə yerində ölüb. Faktla bağlı araşdırma başlayıb.
Beyləqanda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər ölüb
Nəticədə motosikletin sürücüsü Cabbarov hadisə yerində ölüb. Faktla bağlı araşdırma başlayıb.
