...

Bakıda dəhşətli qəza: ölənlər və yaralananlar var

Hadisə Materials 31 Mart 2012 13:18 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 30-da saat 04:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Xırdalan şəhər sakini Səyədulla Qardaşov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb.
Bakıda dəhşətli qəza: ölənlər və yaralananlar var

Azərbaycan, Bakı, 31 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda avtomobil aşıb, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 30-da saat 04:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Xırdalan şəhər sakini Səyədulla Qardaşov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə sürücü və sərnişinləri Bəhlul İsmayılov, Nurlan Qurbanov hadisə yerində ölüb, xəsarət almış digər sərnişinləri Yalçın İbişov və Elvin İsmayılov isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti