...

Azərbaycanda polis zabiti odlu slahla vurulub

Hadisə Materials 10 Aprel 2012 11:01 (UTC +04:00)
Ağdam rayon Polis Şöbəsinin vəzifəli şəxsi təlim meydançasında odlu silahla vurulub.
Azərbaycanda polis zabiti odlu slahla vurulub

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ağdam rayon Polis Şöbəsinin vəzifəli şəxsi təlim meydançasında odlu silahla vurulub.

Ağdam rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün səhər təlim meydançasında Ağdam rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə müavini Allahverdi Haqverdiyevin əlindəki odlu silahdan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti