...

Yevlaxda minik avtomobili sərnişin avtobusu ilə toqquşub, 21 nəfər xəsarət alıb

Hadisə Materials 13 Aprel 2012 17:57 (UTC +04:00)
Yevlax rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Aran-Mingəçevir yolunun 7-ci kilometrliyində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Səbuhi Ağayevin idarə etdiyi 10-EM-878 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Teyyub Süleymanovun idarə etdiyi 66 AC 134 dövlət nömrə nişanlı “KAVZ 3270” markalı sərnişin avtobusu toqquşub.
Yevlaxda minik avtomobili sərnişin avtobusu ilə toqquşub, 21 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 13 aprel / Trend müxbir K.Zərbalıyeva/

Yevlaxda minik avtomobili sərnişin avtobusu ilə toqquşub, 21 nəfər xəsarət alıb.

Yevlax rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Aran-Mingəçevir yolunun 7-ci kilometrliyində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Səbuhi Ağayevin idarə etdiyi 10-EM-878 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Teyyub Süleymanovun idarə etdiyi 66 AC 134 dövlət nömrə nişanlı "KAVZ 3270" markalı sərnişin avtobusu toqquşub.
Toqquşmadan sonra avtobus aşıv və içərisindəki 21 nəfər sərnişin yüngül xəsarət alıb.

Şöbədən bildirilib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib və onlara ilkin tibi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti