Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda Zeytunburnu rayonundakı qəbiristanlıqlardan birində bomba aşkarlayıb. Bu barədə çərşənbə axşamı Trend "Sabah" qəzetinə istinadən məlumat verir.
Səhərdən qəbiristanlıqda axtarış aparan polis, ilkin versiyaya görə, PKK yaraqlıları tərəfindən qoyulduğu ehtimal olunan partlayıcı qurğunu tapıb və zərərsizləşdirib.
Faktla bağlı təhqiqat aparılır.