Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Tağıyeva/
İçərisində Türkiyənin maliyyə naziri Mehmet Şimşəkin olduğu "Türk Hava Yolları"na məxsus təyyarə kabinənin şüşəsindəki çatla əlaqədar qayıtmağa və təcili eniş etməyə məcbur olub. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Təyayrə Vaşinqtona uçurmuş. Çatı aşkar etdikdən sonra ekipaj aeroporta qayıtmağı qərara alıb.
Üç saatlıq yubanmadan sonra sərnişinlər başqa avialaynerlə Vaşinqtona uça biliblər.