Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir T.Cəfərov/
İranın Simnan əyalətinin Şahrud şəhərində üç Əfqanıstan və iki İran vətəndaşı olmaqla, beş narkotik qaçaqmalçısı edam olunub. Bu barədə çərşənbə axşamı Trend "Fars" agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, həmin şəxslər bu gün səhər Şahrud şəhər həbsxanasında edam olunublar.
Onlar narkotik maddələri daşımaq və satmaq ittihamı ilə edama məhkum olunublar.