...

Bakı sürücülərinin nəzərinə: avtomobillərinizi yuduzdurarkən ehtiyatlı olun!

Hadisə Materials 25 Aprel 2012 11:06 (UTC +04:00)
Aprelin 19-da A.Məhərrəmov küçəsində yerləşən avtoyuma sexindən Bakı şəhər sakini Tacəddin Əfəndiyevə məxsus "BMW" markalı avtomobil qaçırılıb.
Bakı sürücülərinin nəzərinə: avtomobillərinizi yuduzdurarkən ehtiyatlı olun!

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Aprelin 19-da A.Məhərrəmov küçəsində yerləşən avtoyuma sexindən Bakı şəhər sakini Tacəddin Əfəndiyevə məxsus "BMW" markalı avtomobil qaçırılıb.

Trend-in Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi RPİ-nin 19-cu PB və Ağsu RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Ağsu rayon sakini Eyvaz Kazımov aprelin 23-də Ağsu rayonunda avtomobillə birlikdə saxlanılıb, cinayətin digər iştirakçısının tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti