...

Suriyada güclü partlayış baş verib, ölənlər var

Hadisə Materials 27 Aprel 2012 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

Dəməşqin əl-Meydan rayonunda cümə günü güclü partlayış baş verib, həlak olanlar var. Bu barədə Trend SANA agentliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, partlayış nəticəsində üç nəfər ölüb, ən azı on nəfər ağır yaralanıb. Partlayış Zeynalabdin məscidinin yaxınlığında baş verib.

Suriyada aprelin ortalarında silahlı müxalifət dəstələri ilə Əsəd qoşunları arasında BMT-nin xüsusi səfiri Kofi Annanın Suriya böhranının nizamlanması planı çərçivəsində atəşkəs elan olunmasına baxmayaraq, partlayışlar baş verir. Atəşkəs rejiminə əməl olunmasına nəzarət edən BMT müşahidəçilərinin artıq ilk qrupu ölkəyə gəlib. Hazırda Suriyada 15 sülhməramlı çalışır.

Xəbər lenti

Xəbər lenti