...

Azərbaycanda məhkuma mobil telefon keçirmək istəyən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 7 May 2012 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkuma mobil telefon keçirmək istəyən şəxs saxlanılıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, mayın 5-də Qobustan qapalı həbsxanasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1977-ci il təvəllüdlü, məhkum Bəxtiyar Qasımovun yanına qısa müddətli görüşə gəlmiş qohumu Teymurov Aydın Ramiz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman əridilmiş yağ üçün nəzərdə tutulmuş dəmir qabın içində 2 ədəd "Nokia" markalı mobil telefonlar, 8 ədəd sim kart, 3 ədəd batareya, 2 ədəd elektrik qidalandırıcısının ehtiyat hissələri, 5 ədəd ötürücü hissələri aşkar edilərək götürülüb.

Qasımov Cinayət Məcəlləsinin 177.2.1; 177.2.4; 66.5-ci maddələri ilə təqsirli bilinərək 3 il 7 ay 14 gün müddətinə azaqdlıqdan məhrum edilib və həbsxanada cəza çəkir.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti