...

Bakıda internet klubunda qumarxana aşkar edilib

Hadisə Materials 8 May 2012 12:50 (UTC +04:00)
İnternet klubuna baxış zamanı 11 dəst kompyuter, 10 ədəd kompyuter drayveri, 7 ədəd sərt disk, 152 vərəqədə mühasibatlıq sənədləri aşkar edilib.
Bakıda internet klubunda qumarxana aşkar edilib

Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/

Bakıda internet klubunda qumarxana aşkar edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Rzayevin Yasamal rayonu ərazisində işlətdiyi internet klubunda "On-line" sistemi ilə qumarxana təşkil edilməsi müəyyən edilib.

İnternet klubuna baxış zamanı 11 dəst kompyuter, 10 ədəd kompyuter drayveri, 7 ədəd sərt disk, 152 vərəqədə mühasibatlıq sənədləri aşkar edilib.

Xəbər lenti

Xəbər lenti