...

Azərbaycanda zəlzələ bölgəsində çadırların qurulması işi başa çatmaq üzrədir

Hadisə Materials 10 May 2012 19:48 (UTC +04:00)
Zəlzələ bölgəsində - Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir.
Azərbaycanda zəlzələ bölgəsində çadırların qurulması işi başa çatmaq üzrədir

Azərbaycan, Bakı, 10 may /Trend/

Zəlzələ bölgəsində - Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, eyni zamanda, 12 məntəqədə zərərçəkmiş ailələrin istirahətini təmin etmək məqsədilə içərisində televizor və istirahət üçün nəzərdə tutulmuş digər əşyalar olan iri çadırlar qurulub.

Evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanıb (hər ailəyə un, yağ, qənd, çay, habelə uşaq, qadın və kişi geyimləri, uşaq bezləri, diş pastası, diş fırçası, sabun və digər yuyucu vasitələr). Suya ehtiyacı olan yerlər Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri ilə içməli su ilə təmin edilir.

Həmçinin, bölgədə nazirliyin tikinti sahəsi üzrə mütəxəssisləri, yerli icra hakimiyyəti orqanlarının və rayon maliyyə şöbələrinin nümayəndələrindən ibarət komissiyalar yaşayış və sosial obyektlərin vəziyyətini müəyyən etmək üçün işlərini davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti