...

Bakıda 24 yaşlı gənc qətlə yetirilib

Hadisə Materials 11 May 2012 10:06 (UTC +04:00)
Bakıda 24 yaşlı gənc bıçaqlanıb.
Bakıda 24 yaşlı gənc qətlə yetirilib

Azərbaycan, Bakı, 11 may / Trend müxbir K.Zərbalıyeva/

Bakıda 24 yaşlı gənc bıçaqlanıb.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi, Nizami küçəsi 13-də yaşayan 1988-ci il təvəllüdlü Nəriman Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bir neçə bıçaq xəsarəti alan Məmmədov ürəyindən aldığı xəsarətdən dünyasını dəyişib.

Cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilməsi və tutulması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti