Azərbaycan, Bakı, 11 may / Trend müxbir K.Zərbalıyeva/
Hərbi hissəni özbaşına tərk edən əsgər saxlanılaraq geri qaytarılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Treymur Abdullayev Trend-ə bildirib ki, Milli Ordunun Goranboy rayonundakı "N" saylı hərbi hissəsində xidmət edən əsgər Kərim Mirsaleh oğlu İbrahimov dünən hərbi hissəni özbaşına tərk edib. Bir müddət sonra o, hərbi hissənin yaxınlığında saxlanılaraq hərbi hissəyə qaytarılıb.
İbrahimov bu ilin yanvarında Lerik rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi hissəni özbaşına tərk edən əsgər saxlanılıb
Hərbi hissəni özbaşına tərk edən əsgər saxlanılaraq geri qaytarılıb.
