...

Abşeronda iki maşın toqquşub

Hadisə Materials 12 May 2012 12:03 (UTC +04:00)
Abşeron rayonunda ağıq yol nəqliyyat hadisəsi baş verib.
Abşeronda iki maşın toqquşub

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "BMW" və "VAZ" markalı 2 minik avtomobili toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnib.

"BMW" markalı avtomobilin sərnişini xəsarət alıb və qəzaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti