...

Turizm şöbəsinin müdiri: Eurovision ərəfəsində Şəkiyə gəlmək istəyən qonaqların qalması üçün hər cür şərait yaradılıb

Cəmiyyət Materials 12 May 2012 10:54 (UTC +04:00)
Eurovision-2012 Mahnı Müsabiqəsi ərəfəsində və günlərində Şəkiyə gəlmək istəyən qonaqların qalması üçün hər cür şərait yaradılıb.
Turizm şöbəsinin müdiri: Eurovision ərəfəsində Şəkiyə gəlmək istəyən qonaqların qalması üçün hər cür şərait yaradılıb

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Eurovision-2012 Mahnı Müsabiqəsi ərəfəsində və günlərində Şəkiyə gəlmək istəyən qonaqların qalması üçün hər cür şərait yaradılıb.

Bunu Trend-ə Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdəki mehmanxana və hotellərdə, istirahət və turizm mərkəzlərində, Olimpiya İdman Kompleksinin kotteclərində 1000-ə yaxın turistin yerləşdirilməsi imkanı var. Bu obyektlərdə xidmətin səviyyəsini yüksəltmək üçün bütün lazımi tədbirlər görülüb. Həmin yerlər sürətli internet şəbəkəsinə qoşulub, mehmanxana və hotel əməkdaşları xüsusi treninqlərə cəlb ediliblər.

İbrahimxəlilovu zərurət yaranacağı təqdirdə turistləri xüsusi evlərdə yerləşdiriləcəyini də söyləyib.

Şöbə müdiri əlavə edib ki, Şəkiyə gələcək əcnəbilər qədim diyarın məşhur tarixi-memarlıq abidələri - Şəki xanlarının sarayı, "Yuxarı Karvansaray" mehmanxana kompleksi, Kiş kəndindəki qədim alban məbədi və s. ilə tanış ola biləcəklər.

Xəbər lenti

Xəbər lenti