...

Kürdə 25 yaşlı gənc batıb

Hadisə Materials 17 May 2012 11:05 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.
Kürdə 25 yaşlı gənc batıb

Azərbaycan, Bakı, 17 may / Trend müxbir K.Zərbalıyeva/

Kürdə 25 yaşlı gənc batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Muğan Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, 1987-ci il təvəllüdlü Yusif Taleh oğlu Şıxəliyev Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Xəbər lenti

Xəbər lenti