...

Bakıda çayxanada qanunsuz futbol mərc oyunları təşkil etmiş şəxs saxlanılıb

Hadisə Materials 17 May 2012 12:55 (UTC +04:00)
Çayxanada qanunsuz futbol mərc oyunları təşkil etmiş İsmayıllı rayon sakini saxlanılıb.
Bakıda çayxanada qanunsuz futbol mərc oyunları təşkil etmiş şəxs saxlanılıb

Azərbaycan, Bakı, 17 may / Trend müxbir K.Zərbalıyeva/

Çayxanada qanunsuz futbol mərc oyunları təşkil etmiş İsmayıllı rayon sakini saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakının Xətai rayonu ərazisindəki "Meşə" çay evində qanunsuz futbol mərc oyunları təşkil etmiş İsmayıllı rayon sakini Elşən Qasımov saxlanılıb.

Çay evindən oyunlarda istifadə olunan kompyuterin prosessoru və 130 manat pul aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti