...

Penitensiar Xidmətinin əməkdaşı təcridxanaya narkotik maddə keçirmək istəyərkən saxlanılıb

Hadisə Materials 4 İyun 2012 11:52 (UTC +04:00)
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend-ə verilən məlumata görə, xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat qrupunun keçirdiyi tədbir zamanı təcridxananı əməkdaşı, baş çavuşu Amin Rəhimov təcridxanaya narkotik vasitə olan marixuana keçirmək istəyərkən saxlanılıb.
Penitensiar Xidmətinin əməkdaşı təcridxanaya narkotik maddə keçirmək istəyərkən saxlanılıb

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı təcridxanaya narkotika keçirmək istəyərkən saxlanılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend-ə verilən məlumata görə, xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat qrupunun keçirdiyi tədbir zamanı təcridxananı əməkdaşı, baş çavuşu Amin Rəhimov təcridxanaya narkotik vasitə olan marixuana keçirmək istəyərkən saxlanılıb.

Onun üzərində axatarış aparılarkən üstündən 14 qram marixuana tapılıb.

Onun barəsində Sabunçu rayon prokuroluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti