...

Kür çayında 3 nəfər batıb, 1 nəfərin cəsədi çıxarılıb

Hadisə Materials 7 İyun 2012 12:23 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən və Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissələrində hər birində 1 nəfər olmaqla 2 nəfər - 1993-cü il təvəllüdlü Ramin Dilavər oğlu Cabrayılov və 1952-ci il təvəllüdlü Eldar Nəcəfov, habelə Samux rayonu, Yenikənd kəndində 1 nəfər - 1991-ci il təvəllüdlü Şahmar Nəriman oğlu Yusifov kanalda çimərkən batıb.
Kür çayında 3 nəfər batıb, 1 nəfərin cəsədi çıxarılıb

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Kür çayında çimən 3 nəfər batıb, 1 nəfərin cəsədi sudan çıxarılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kür çayının Sabirabad rayonunun Muğan Gəncəli kəndindən və Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən keçən hissələrində hər birində 1 nəfər olmaqla 2 nəfər - 1993-cü il təvəllüdlü Ramin Dilavər oğlu Cabrayılov və 1952-ci il təvəllüdlü Eldar Nəcəfov, habelə Samux rayonu, Yenikənd kəndindən keçən hissəsində 1 nəfər - 1991-ci il təvəllüdlü Şahmar Nəriman oğlu Yusifov çimərkən boğulub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Yusifovun cəsədi yerli sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb. Cabrayılov və Nəcəfovun axtarışları nəticə verməyib. İtkin düşmüş şəxslərin tapılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti