...

Bakıda iki ağır qətl hadisəsi törədilib

Hadisə Materials 8 İyun 2012 09:58 (UTC +04:00)
Bakıda bir gündə iki ağır qətl hadisəsi baş verib.
Bakıda iki ağır qətl hadisəsi törədilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bir gündə iki ağır qətl hadisəsi baş verib.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 7-də rayonun "Daş Karxanası" adlanan ərazisində, ev 754-də yaşayan 1975-ci il təvəllüdlü Nazim Feyzullayev bacısı 1970-ci il təvəllüdlü Solmaz Feyzullayevanı yaşadığı V.Xəlilov ev 11, mənzil 56 ünvanında qətlə yetirib.

Nazim Feyzullayev şübhəli şəxs qismində saxlanılıb, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Sabunçu rayon prokurorluğundan isə Trend-ə bildirilib ki, dünən iki dostun istirahəti qətllə nəticələnib.

Balaxanı qəsəbəsinin istirahət mərkəzində 1965-ci il təvəllüdlü Ağbaba Nurəliyev tanışı 1955-ci il təvəllüdlü Rüstəm Məmmədovu mübahisə zəminində kabab şişi ilə qətlə yetirib.

Faktla bağlı CM-in 120.1 maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti