...

Azərbaycan Rəssamlar İttifaqının sədrinin oğlu itkin düşüb

Hadisə Materials 8 İyun 2012 11:25 (UTC +04:00)
Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədrinin oğlu itkin düşüb

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Rəssamlar İttifaqının sədrinin oğlu itkin düşüb.

Nizami rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Hadisə barədə ərizə ilə müraciət edən yaxınları Xəlilovun ruhi xəstə olduğunu deyiblər.

Xəlilovun xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğlu olduğu bildirilir.

İdarənin 24-cü polis bölməsindən Trend-ə bildirilib ki, Xəlilovun itkin düşməsi barədə bölməyə Kalveri İrina Vladimirovna adlı qadın məlumat verib. O bildirib ki, Xəlilov onun himayəsində olub.

Xəbər lenti

Xəbər lenti