...

Azərbaycan Rəssamlar İttifaqı sədrinin itkin düşən oğlu tapıldı

Hadisə Materials 8 İyun 2012 17:50 (UTC +04:00)
Azərbaycan Rəssamlar İttifaqının sədrinin itkin düşən oğlu tapılıb.
Azərbaycan Rəssamlar İttifaqı sədrinin itkin düşən oğlu tapıldı

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Rəssamlar İttifaqının sədrinin itkin düşən oğlu tapılıb.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən Trend-ə verilən məlumata görə, iyunun 6-da evdən çıxıb geri qayıtmayan 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu bu gün saat 16:00 radələrində evinə qayıdıb.

Bölmədən bildirilib ki, Xəlilov ifadəsində deyib ki, 2 gün müddətində paytaxt ərazisində piyada gəzib.

Qeyd edək ki, xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğlu Seymur Xəlilov iyunun 6-da səhər ssatlarında evdən çıxaraq geri qayıtmamışdı.

Xəlilovun itkin düşməsi barədə bölməyə Kalveri İrina Vladimirovna adlı qadın məlumat verib. O bildirib ki, Xəlilov onun himayəsində olub. Qadın Xəlilovun ruhi xəstə olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti