Azərbaycan, Bakı, 14 iyun /Trend/
Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, nəticədə, zirzəmidə 4 kv.m sahədə məişət tullantıları yanıb, 1 nəfər xəsarət alıb.
Bina yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Həmçinin, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan stomatoloji kabinetdə lambirdən ibarət tavan partlayış nəticəsində 20 kv.m sahədə əriyib, 1 nəfər xəsarət alıb. Yanğın olmayıb.
Hər iki hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.