...

Bakıda mənzillərdən oğurluq edən dəstə zərərsizləşdirlib

Hadisə Materials 21 İyun 2012 11:30 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bakıda mənzillərdən oğurluq edən dəstə zərərsizləşdirlib

Azərbaycan, Bakı, 21 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda mənzillərdən oğurluq edən dəstə zərərsizləşdirlib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Orucov, Elvin Eynullayev, Əsiman Kərimov və Seyran Sultanov iyunun 20-də yaxalanıb.

Müəyyən edilib ki, onlar mayın 17-nə keçən gecə Bakı şəhər sakini Ehtiram Mehdiyevə məxsus S.Əliyev küçəsində yerləşən mağazadan nəfəslikdən keçməklə 400 manat dəyərində mobil telefonlar, telefona aksesuarları, iyunun 1-də S.Əliyev küçəsində yaşayan Fikrət Abbasova məxsus həmin ünvanda yerləşən mağazadan qapıdan keçməklə 400 manat, danışıq kartları, spitli içkilər, iyunun 5-nə keçən gecə Mərkəz küçəsində yaşayan Gürcüstan vətəndaşı İxtiyar Məmmədova məxsus həmin ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə 60 manat və ərzaq məhsulları, eyni zamanda İsmayıllı rayon sakini Ruslan Xamayevə məxsus Ramana qəsəbəsi S.Əliyev küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə tütün məmulatları, ərzaq malları, iyunun 7-nə keçən gecə isə S.Əliyev küçəsində yaşayan Rəna Şahnəzərovaya məxsus həmin ünvanda yerləşən mağazadan şüşəni sındırma yolu ilə siqaretlər və ətirlər oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti