...

Gürcüstanda 19 yaşlı azərbaycanlı göldə batıb

Hadisə Materials 21 İyun 2012 12:34 (UTC +04:00)
Gürcüstanda gənc azərbaycanlı ölüb. Trend-in Gürcüstan telekanallarına istinadən verdiyi məlumata görə, Laqodex rayonunun (Kaxeti regionu, Şərqi Gürcüstan) Qəbələ kəndinin 19 yaşlı sakini Sonab Nəbiyev Kvareli gölündə batıb
Gürcüstanda 19 yaşlı azərbaycanlı göldə batıb

Gürcüstan, Tbilisi, 21 iyun/Trend, müxbir N. Kirsxalia/

Gürcüstanda gənc azərbaycanlı ölüb. Trend-in Gürcüstan telekanallarına istinadən verdiyi məlumata görə, Laqodex rayonunun (Kaxeti regionu, Şərqi Gürcüstan) Qəbələ kəndinin 19 yaşlı sakini Sonab Nəbiyev Kvareli gölündə batıb.

İlkin məlumatlara görə, Nəbiyev dostları ilə birlikdə istirahət məqsədilə gölə gedib. Ehtimallara görə, o, suya girəndə anlaq vəziyyətdə olmayıb.

Gəncin suda yox olmasından sonra dostları Nəbiyevi axtarmağa başlayıb və onun cəsədini yarım saatdan sonra tapıblar. Hadisə yerinə gələn təcili yardım xidmətinin həkimləri ölüm faktını qeydə alıblar. Ölümün dəqiq səbəbini tibbi ekspertiza müəyyənləşdirəcək.

Nəbiyevin cəsədi artıq Qəbələ kəndinə göndərilib. O, yerli məktəbdə uşaqlara kompüter biliklərini tədris edib.

Mövcud fakt üzrə istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti