...

Sel nəticəsində Goranboyun qaz kəməri zədələnib

Hadisə Materials 29 İyun 2012 11:13 (UTC +04:00)
İyunun 28-də axşam və gecə saatlarında yağan güclü yagışlar nəticəsində əmələ gələn sel axınlarının təsirindən Göranboy rayonunun Ağcakənd istiqamətinə gedən qaz kəməri zədələnib
Sel nəticəsində Goranboyun qaz kəməri zədələnib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/

İyunun 28-də axşam və gecə saatlarında yağan güclü yagışlar nəticəsində əmələ gələn sel axınlarının təsirindən Göranboy rayonunun Ağcakənd istiqamətinə gedən qaz kəməri zədələnib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, bunun nəticəsində rayonun bir neçə yaşayış məntəqəsi, o cümlədən Aşağı Ağcakənd, Səfikürd, Abbasqulular, Şəfibəyli, Hacallı, Qarqucaq, Şəfəq, Zeyvə, Meşəli, Rus Borisi, Tatarlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər yaranıb.

"Azəriqaz" İB-nin regional xidmətləri sel nəticəsində zədələnmiş qaz kəmərlərində təmir-bərpa işlərinə başlayıblar. Təmir işləri başa çatandan sonra həmin kəndlərin qaz təchizati bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti