...

Kürdəmirdə minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər ölüb

Hadisə Materials 4 İyul 2012 10:58 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Atakişili kəndində KAMAZ markalı yük avtomobili ilə LADA markalı minik avtomobili toqquşub.
Kürdəmirdə minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər ölüb

Azərbaycan, Bakı, 4 iyul /Trend müxbir K.Zərbalıyeva/

Kürdəmirdə minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Atakişili kəndində KAMAZ markalı yük avtomobili ilə LADA markalı minik avtomobili toqquşub.

Nəticədə nəqliyyat vasitələri deformasiyaya uğrayıb, minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Cabbarov Əli Kiçik oğlu və şəxsiyyətləri məlum olmayan 2 sərnişin hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti