Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkan qəfəsində elektrik paylayıcısı yanıb.
Yanğın zamanı binanın 4 nəfər sakini, o cümlədən 3 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, mənzillər yanğından mühafizə olunub.