...

Gəncədə partlayış baş verib

Hadisə Materials 9 İyul 2012 14:51 (UTC +04:00)
Gəncədə partlayış baş verib, bir nəfər yaralanıb.
Gəncədə partlayış baş verib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Mehdiyev/

Gəncədə partlayış baş verib, bir nəfər yaralanıb.

Trend DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 8-də saat 05:00 radələrində Gəncə şəhərində Yeni Gəncə qəsəbə sakini Gülmira Zeynalova hamam otağındakı qaz sobasını yandırarkən yanğına keçən ani partlayış baş verib.

Dağıntı olmayıb, yanıq xəsarəti almış Zeynalova xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti