Azərbaycan, Bakı, 25 iyul /Trend müxbir K.Zərbalıyeva/
Bakı sakini ötən gecə naməlum şəxs tərəfindən güllələnib.
Səbail Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə Bayıl qəsəbəsi, Ömər faiz Nemanzadə küçəsində, 50 saylı binanın arxasında Elnur Həşimov naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində yaralanıb. O bir neçə güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həşimov sol biləyindən bir neçə güllə yarası alıb.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin kim tərəfindən və hansı zəmində törədildiyi araşdırılır.