Azərbaycan, Bakı, 30 iyul /Trend müxbir K.Zərbalıyeva/
Bakıda avtomobildən 20 min manatdan artıq pul oğurlayan dəstənin daha bir üzvü saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də Xəlil Qəmbərova məxsus "Mercedes" markalı avtomaşından 3734 manat və 20700 dollar pul oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən qrupun digər üzvü Füzuli rayon sakini Alişan Şirinov tutulub.