...

ARDNŞ "Arya-140" kiçik katerinin kapitanının dənizdə boğulması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 13 Avqust 2012 17:27 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Arya-140" kiçik katerinin kapitanının dənizdə boğulması ilə bağlı rəsmi məlumat yayıb.
ARDNŞ "Arya-140" kiçik katerinin kapitanının dənizdə boğulması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Arya-140" kiçik katerinin kapitanının dənizdə boğulması ilə bağlı rəsmi məlumat yayıb.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, avqustun 12-də saat 07:10 radələrində "Bahar" yətağında geoloji jşlərin başlanmsına hazırlıq zamanı Xəzər Dəniz Neft Donanmasının İxtisaslaşdınfmış Dəniz Neft Donanma İdarəsinə məxsus "Aura" yedək gəmisinin göyərtəsində olan "Arya-140" kiçik katerinin yükqaldırıcı mexanizm ilə dənizə endirilməsi zamanı kater çevrilərak dənizə düşüb və nəticədə katerin kabinasında olan kater kapitanı Əkbərov Fəxrəddin Ənvər oğlu suda boğularaq ölüb.

Operativ olaraq hadisə yerinə Xəzər Dəniz Neft Donanmasının "Orin-4", "Zərdab-6" dalğıc, "Uluçay" kran, göyərtəsində heyətsiz sualtı aparatlar yerləşdirilmiş "Tabriz Xəlilbəyli" gəmiləri cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində "Arya-140" kateri, habelə hadisə yerindən 60-70 metr aralıda katerin kapitanı Əkbərovun meyiti taptlaraq sudan çıxarılıb və ekspertiza üçün sahilə göndərilib. Hadisənin baş vermə səbəbləri yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır.

Xəbər lenti

Xəbər lenti